BLaCKQueeN blog

BLaCKQueeN
27, Baku, Azerbejdžan

 Ağladığım və isyan etdiyim günlər var idi.Bəzi səbəblərdən ötrü hər gün pəncərədən baxanda ah çəkdiyim zamanlarım da oldu.İtirilmiş bir qızcığaz kimi idim.Yolu tapa bilmirdim.Ağlayırdım və ağladıqca gözlərim yaşla dolurdu.Heç yeri aydın görə bilmirdim.Yazılan yazılar belə torlu görünürdü.Məni anlamayan bir çox insan,göz yaşlarımı görməyən ən yaxınlarım,dərdimi bilməyən içimdəki mən vardı həyatımda.Həmin o içimdəki uşaq idi məni hər səhər yerimdən oyadaraq Xəzərə aparan.Həmin o içimdəki düşmən idi məni göz yaşlarına boğan.Qalib gələ bilməmək o qədər incidirdiki məni.Susurdum və susduqca batırdım.Gözyaşlarımda özüm boğulurdum.Qəribə hiss idi içimdəki mənə qalib gələ bilməmək.Bəzən Xəzərlə dərdləşirdim.Bəzən pəncərəmizdən uzanan uzun yollarla.Heç biri məni sakitləşdirəcək söz demirdi.Amma mən yenə…


06.02.2015

Siz taraflara da yağmışdır kar

Size de kış gelmiştir artık
Hırkalarından giyersin şimdi sen
Sahi,kim ördü onları?!
Annenmi? Kızkardeşinmi?
Yoksa sevgilin ?
Çok güzel yakışmışdır sana
Çok güzel duruyordur yüzerinde
Ne yakışmaz ki,sana?
Bir tek benden başka.

Bir tek benden başka
Kim özler ki,seni bu kadar?
Kim seni fısıldar kalemine?
Kim seni sorar rüzgardan?
Yağmurdan?
Kardan?
Güneşden?
Ve bulutlardan ?...
Bir tek benden başka

Kime bu kadar nefret etdin?
İhanetemi?
Savaşamı?
Ölümemi?
Hiçbirine...
Bir tek benden başka Kim bekler yolunu?
Kim kokunu içine çekmek ister?
Kim her gece sayıklar ki,ismini?
Benden başka.


  Əslində onun gözlərini görmüşdüm ilk öncə.Amma hiss etməmişdim.Çox gözəl idi.Dərya bilirsiz nədi?Bax ondan idi.İnana bilmirdim.Bu neçə ayı mən axı niyə bu gözlərin fərqinə varmamışdım?Kor idimmi?Ya dərkmi eləmirdim?Bilmirəm amma indi şükür edirəmki bunu hiss edə bildim.İnsan bu qədər gözəl və dərin baxarmı?Bu günah deyilmi?Yox mən razı deyiləm.Hər şəklinə baxdığımda gördüyüm o məna məni sanki bu dünyadan ayırırmış kimi.Qaranlıqdı.Sanki gözlərində soyuq bir payız axşamı küçəsi gizlənib.Həm də gecə vaxtı.Çox qaranlıqdı gözləri.İtmiş bir uşağın qaranlıqda yolu itiməsi kimi itirəm o gözlərdə.İnanılmaz bir baxışdı.Dərindi.Bir balığın dənizin dərinliyinə vardığı kimi varıram o gözlərə.Xüsusi bir məna yatır.Bəlkə də böyük bir sirr.Dünyanın ən böyük sirri yatır…


Blog
Blogovi se ažuriraju svaka 5 minuta